May 7, 11

Dark marketing

Keçənlərdə bir jurnalda “Dark Marketing” haqqında oxuyurdum. Oxuyub qutarandan sonra gördüm ki, sən demə mən də qeyri-ixtiyari olaraq Google (Gmail, Chrome), FireFox, TwitterAndroid üçün könüllü olaraq dark marketingləri ilə məşğul oluram =). Bu haqda twitter-də də yazmışdım. Həmin vaxt sual olmuşdu ki, “nədir bu Dark Marketing?”. Bu haqda məlumat verəcəyimə söz vermişdim. Haqqında yazmağa ancaq indi vaxt tapa bilirəm. Bu indi hərfi mənada başa düşülməsin. Post günlərlə, həftələrlə yarımçıq formada draftda sürünəndən sonra post edilib :).

Dark marketing nədir?
Məqaləni The Brandage jurnalından oxumuşdum. Deməli müəllif özü yazıya başlayanda qeyd edir ki, əsasən ingiliscə başlıqlardan xoşu gəlmir. Ancaq bu sözü türkcə ifadə etməkdə çətinlik çəkib. O türkcə ifadə eləməkdə çətinlik çəkibsə, mən çətin azərbaycanca ifadə edə bilərəm deyə düşünürəm. Ona görə elə başlığı saxlayıram.

Məqaləni yazan bu anlayışı belə izah etmişdi (türkcə olduğu kimi): “Dark Marketing, pazarlama dağarcığında radara yakalanmadan tanıtım yapmak anlamına geliyor.” Yəni marketinglə məşğul olunduğu barədə bizim dillə (web) desək user bilməməlidir. Ona görə əsasən ya qadağan olunmuş məhsullarda bu üsuldan istifadə olunur. Ya da reklam olunduğunun bilinməsi istəməyən məhsullarda bundan istifadə olunur. Ona görə də ənənəvidən daha çətin olan marketing prossesidir və daha çox yaradıcılıq tələb edir.

Misallarla mövzu haqqında məlumat verim.
Əsasən ən çox reklamları siqarət və spirtli içki markaları edirdilər. Ancaq zaman keçdikcə onlara qarşı ciddi mübarizələr başladı. Nəticədə TV, radio, outdoor reklamları tamamilə qadağan olundu. Bundan sonra həmin məhsullar reklamları başqa yollarla etməyə başladılar.

“Henessy Martini” adlı spirtli içki firması 5 il müddətində bir reklam kampaniyası keçirdi. İçki satılan müxtəlif satış nöqtələrində Martini satın alan adam, satın alma əsnasında buradakı digər müştərilərlə “dostyana” söhbət edir, həmin insanlara da bu içkini tövsiyyə edir. Bu tip “alıcılar” bir çox yerdə 5 il müddətinə bu kampaniyanın aktroyları olublar.
Bu sadəcə bir nümunədir. Bu marketing nümunəsindən onlarla başqa şirkətlər illər boyu istifadə etdilər. Zaman keçir, texnologiya irəliləyir. Marketingdə yeni alətlər meydana gəlir. Dark marketing də bundan istifadə edir. Offline işlərini, online-da da görürlər. İnkişaf edən internet, sosial media (yenə gəlib ucundan qulağında internetə, texnologiyaya toxunmasam olmur) da bu işdə ən böyük köməkçiləridir. Video paylaşım saytlarında gündən minlərlə baxılan videolarda hansısa populyar birinin əlində ya da hansısa bir film səhnəsində gördüyünüz siqaret əksər hallarda heç də təsadüf olmur. Təbliğat maşınının çarxlarındadır. Ya da qeyri adi, qlamur kokteyl reseptlərinin olduğu bloglar da planlı marketingin addımlarıdır (hərçənd “ağıllı” azərbaycanlı marketoloqların çoxdu internet reklamını ancaq bannerdən ibarət görür). Ya da advergame-lər, mobil applicationlar, viral videolar və s. (internetdə viral reklamlar haqqında daha ətraflı yazmışam).

Dark marketingin bir başqa istifadə forması da “link”ləmədir. Bu markanın adından istifadə etmədən, müəyyən markanı çağrışdıran detallarla ona vurğu etmək deməkdir. Məsələn Fransada spirtli içki reklamları qadağandır. Heineken isə rugby turniri təşkil edir və H-CUP qoyur. Beləcə həmin bu turnitin reklamını edir.

Ümumi məlumat belədir. Bəs texnologiya şirkətlərindən kimsə bu reklam formasına müraciət edibmi? Oxuduğuma görə edib.
Skype İngiltərənin ən yaxşı barlarına öz “aktyorlarını” göndərirdi. Burada Skype söhbətləri başladırdı. Kənarda əyləşənlərə yaraşıqlı oğlanın, ya da gözəl xanımın hansı proqramda video chat etdiyi əlbəttə maraqlı gəlirdi. Beləcə populyarlığını artırmışdı.

Ya da Sony T68 model fotokamerasını çıxaran zaman: Sony “aktyorları” turist formasında insanların sıx toplaşdığı yerdə kiməsə yaxınlaşıb, şəkillərini çəkməyi kimdənsə xahiş edirdilər. Aparatı əlinə alanlar isə təzə aləti, ondakı funksiyaları görüb bunla maraqlanırdılar.

Bütün bunları oxuyandan sonra mən də yuxarıda sadaladığım texnoloji markalar üçün dark marketinglə məşğul olurmuşamki deyə düşündüm. Ancaq mən bunu könüllü edirəm :). Çünki hər biri həqiqətən ürəyimcədir. Maraqlıdır bəs kim hansı markanın könüllü təbliğini edir?

Leave your comment

Please be polite. You can use these HTML tags: STRONG, A, BLOCKQUOTE, CODE