June 15, 11

Bir dövrün sonu…

Həmişə texnologiyaya aid Weboxu-da yazıram. Yeni texnologiyalar,  araşdırmalar, təhlillər və s.

Bu dəfəki yazıda isə texnologiyadan daha çox, şəxsilik amili var.  Ona görə şəxsi bloga yazdım.   Yenilikdən daha çox köhnəlik var.  Həm də çox public vermək istəmədiyim bir informasiyadır :).  Amma verməsəm də olmaz.

Əvvəldən deyim Xazar-ı bağladıq. İndi isə keçim fikirlərə.

Yəqin ki, texnologiya ilə maraqlananlar bilir. Bu il bir neçə internet saytının xidməti dayandırdığı xəbərini oxuduq. Google, Yahoo və s. Son olaraq da əvvəllər daimi izlədiyim başqa bir saytın xidmətini dayandırmaq xəbərini oxuyandan sonra dedim xəbəri əvvəldə verim sonra keçim yazıya.

Bağladıq deyəndə, artıq işə yaramadığını düşündüyümüz, çoxdan aktiv olmayan bəzi bölmələri tamamilə bağladıq.  Bəzi bölmələrinə isə index-dən keçidi çıxardıq (yaxında onları da tamamilə bağlayacağıq). Bir neçə günlük analizlərdən sonra cəmi 4 bölməni saxladıq – melumat.xazar.com , forum.xazar.com , gallery.xazar.comchat.xazar.com . Bunlar ən çox istifadə edilən bölmələr idi ona görə fəaliyyətini saxladıq. Həm də Wikipedia-dan filan bir xeyli keçid var.

 

Digər bölmələri bağlamağa bir neçə səbəb var:  Bəzi bölmələrin işlədiyi API sistemləri artıq aktiv deyil,  bəzi RSS-lər işləmir. Bunların da hamısı sistemdə öz mənfi təsirini göstərir, ağırlıq salırdılar.  Onları yenidən düzəltmək və optimallaşdırmalar aparmaq da sərfəli deyil. Ən azından indi bizim üçün vaxt əvvəlkindən daha dəyərlidir. İşlək olmayan hissələrin saldığı ağırlığın ziyanını isə serverdə olan başqa saytlar çəkir.  Ona görə bağlamaq ən sərfəlisidir. Bağlandıqda itirləcək elə bir şey də yoxdur. Çünki gəlir demək olar ki, gətirmirlər.

 

Xazar.com-un tam işlədiyi Aprel ayı üçün (2011) statistikaları 67 mindən artıq istifadəçi və 450 mindən çox səhifə göstərimidir.  Saytın ay ərzində ən çox səhifə göstərimi bir milyon-dan artıq olub. Bu da ötən illərdə olub. Və yüz minlərlə aylıq istifadəçi.  Ancaq zaman keçir, dövr dəyişir…

 

…Bir dövrün sonu

Xazar-ı 2004-cü ilin avqustunda açmışıq (@msadig, @R_Safarov). Demək olar ki, 7 ildir.

Bu həm də bizim müəllimimiz oldu. Yeni nəsə öyrənəndə onun üstündə sınaqdan keçirirdik. Ya da saytda nəsə etmək üçün, yeni biliklər öyənməli olurduq.  İndi ətrafımda demək olar ki, həmişə Xazar-dan bir parça var və olacaq. İş, sosial əhatə və s.  Hələ də bəzi tanışların telefonlarında adımın yanında Xazar sözü var :).

2009-a kimi saytın üstündə daimi işlədik.  Dövrün yeniliklərindən etdik.  Həmin vaxtdan sonra bir növ bölündük. Yeni proyektlər, yeni ideyalar,  müxtəlif tədbirlər və daha başqa işlər.  Sayt isə baxımsız vəziyyətə düşdü.

Məncə bu həmdə müəyyən bir dövrün sonu gəldiyinin işarəsidir.  Portal anlayışı artıq bütün dünyada ölür.  Mənasız təkid düzgün olmaz.

Keçənlərdə bir yazı ilə rastlaşmışdım. Böyük texnologiya şirkətlərinin bir-birindən işçi transferləri ilə bağlı.  Qrafikanı yerləşdirim:

Yəqin ki,  diqqət yetirirsiz.  Savadlı kadrların digər şirkətlərə transfer cədvəli. Dünyada portal anlayışının bir nömrəli oyunçusu Yahoo daimi qan itirir. Bizdə də vəziyyət eynidir :). Sistemləri dəyişməyəndə iflasa uğrayır.

Bir dövrün sonunun gəlməsi, həm də digər başlanğıc deməkdir. Bizim üçün də, Xazar üçün də portal dövrü sona çatdı. Yeni servislər, yeni ideyalar lazımdır. Xazar tamamilə bağlanmır. Bir növü istirahət veririk.  Yəqin ki, gələcək yenilikləri məzmun əsaslı yox,  xidmət əsaslı olacaq.  Köhnə sistem bir növü əl-qolumuzu da bağlamışdı. Atsan atılmır, tutsan tutulmur vəziyyətə gəlmişdik. Fikirləşirəm ki, belə daha doğru qərar oldu.

Yeni dövrdə daha yenilikçi olmağa çalışarıq.

 

P.S. Etiraf edim ki, weboxu-da bu yazını yazmama səbəbim, ora texnoloji cəhətdən yaraşdırmamağımdır :).

Ona görə məsələyə ümumi müstəvidən baxdım və belə formada yazdım – http://weboxu.com/blog/analysis/1326.html

Comments for this entry

Farid
June 18, 2011 at 11:05 am

Uğurlar, Şaiq!

Shaig M
June 18, 2011 at 11:45 am

Təşəkkürlər @Farid . Ümid edirəm həm istifadəçilər, həm də bizim üçün daha faydalı işlər görərik.

[…] dostumuza biraz istirahət verək. Qərarın alınmasındakı məqamları daha dəqiq və aydın Şaiq yazıbdır, orda tanış ola […]

Strange
June 18, 2011 at 4:33 pm

ela vaxtlar idi forum.xazar.com dogma evimiz id heyif kecdi o gunlerde

Aznet Əlifbası | Fərhad Səfərov
September 27, 2012 at 3:35 pm

[…] ildə açılan portal burda yazılan səbəblərdən keçən il 4 bölməsini aktiv saxlanaraq bağlandı. Xazar.com aznetin […]

Leave your comment

Please be polite. You can use these HTML tags: STRONG, A, BLOCKQUOTE, CODE