July 3, 11

TEDxBaki Gənclink

Bu gün (2 iyul) çox maraqlı bir tədbirdə oldumTEDxBaki . Tədbir barədə qısa-qısa qeydləri yazmaq istiyirəm.

Bu Azərbaycanda üçüncü TED tədbiridi. Auditoriyası da artaraq irəliləyir. Amma bir məqam gözümə ilişib, niyə tədbirin biletlərlə əlaqəli müraciət e-maili gmail-də idi? Məsələn [email protected] olsa daha yaxşı olardı.  Bir də burada link əskikliyi var. Axı Gənclink-di :).

Tədbirdə çoxdan görmədiyim bir neçə dost-tanışı da gördüm. Ona görə belə tədbirləri xoşlayıram.

Ümumi götürəndə tədbiri çox bəyəndim. Çıxışların 80%-ni ürəyimcə oldu (cəmi 24 çıxış oldu).  Bəyənmədiklərim də ola bilsin başqalarının zövqünü oxşaya bilər (zövq müxtəlifliyi). Ümumiyyətlə məncə, ən yaxşı çıxışlar spikerlərin birbaşa  öz fəaliyyət sahəsinə aid olan çıxışlar oldu. İnsana daha inandırıcı və maraqlı gəlirdi. Praktik çıxışlar.  Digərləri bir qədər Wikipedia məqalələrini xatırladır :).

İlk TEDx Bakı da İTC-də olmuşdu. Bu da orada oldu. Yeri heç yaxşı deyil. Çünki, ünvan olaraq çətin tapılır. Ancaq mənə ilkini xatırlatdı deyə nostalji oldu.  Yaxşı ki, burda keçdi. Bu həm də müqayisə etmək şansı verdi.  İlk dəfədən bu günə zaldakı insan sayı faizlə yox, dəfələrlə artmışdı.Yalan olmasın bəlkə də 10 dəfə.

Bəlkə də bu qədər çox adamın toplaşmasına səbəb spikerlərin müxtəlifliyi oldu.  Yəni,  “Google Plus-un sözü olmasın” Circle-lar çox idi =).  Auditoriyanın əksəriyyəti cavan və gənclər idi. Ona görə yəqin ki, bu dəfə sosial mediada adı daha çox hallanacaq.

Başlanğıc və sonluq çıxışları maraqlı natiqlər tərəfindən oldu.  Ona görə də, tədbir elə kuliminasiya nöqtəsində başlayıb, kuliminasiya ilə də sona çatdı.  Danışanlar arasında bizi kövrəldən də oldu.

Bəlkə də ola bilsin auditoriyaya görə idi.  Əksər şəxsi müzakirələr və spikerlərin çoxunun çıxışında internet, sosial şəbəkələr, bloglar, forumların adı hallanırdı. Belə düşünürəm ki, hətta bu haqda ümumiyyətlə Weboxu-da bir yazı yazam.

Comments for this entry

Ayaz
July 3, 2011 at 11:04 am

Yaz Şaiq lazımdır. Mən də qeydlərimi yazacağam.

Leave your comment

Please be polite. You can use these HTML tags: STRONG, A, BLOCKQUOTE, CODE