July 27, 11

“Xidmətimizi qiymətləndirin” Edit#1

Təqribi olaraq ayda bir dəfə yolum Bank Respublikadan düşür.  Həmişə də əsas binasına gedib,  oradan əməliyyat edirəm. İstifadə etdiyim müddət ərzində də,  bir şikayətim olmayıb. Tək-tük babat işləyən banklardandır. Gedərək də xidmətlərini inkişaf etdirirlər.  Məsələn əvvəl içəri daxil olanda boş görülən masaya əyləşməyi təklif edirdilər. Sonradan növbəni balanslaşdırmaq üçün “sıra nömrəsi” sistemini tətbiq etməyə başladılar.  Daha sonra işçilərin xidmət səviyyəsini qiymətləndirmək üçün  aparat quraşdırdılar.  Elə quraşdırmalar zamanı TwitPic etmişdim:

Mən də, əksərən hər bir bank əməliyyatçısının işindən sonra bundan istifadə edirəm.  Çox vaxt “Yaxşı” düyməsini sıxıram. Arada bir də “Əla” və “Qənaətbəxş” .

***

Bu gün də banka getmişdim. Balaca bir macəra yaşadım:

Sıra nömrəmi aldım və reklam braşuralarına baxaraq gözləməyə başladım. Gülərüz işçilərdən biri yaxınlaşıb, müştərilə arasında bir sorğu keçirdiklərini dedi, mənim də iştirak etməyimi istədi. Mən də iştirak etdim. Sonra isə onlardan icazə aldım ki, olar bu sorğu kağızının şəklini çəkim? Səbəbini soruşanda Facebooka yerləşdirəcəyimi dedim. Zəng edib səlahiyyətli nümayəndədən soruşdular. Sonra isə dəstəyi mənə ötürdülər. Çox mədəni formada şəkil çəkməyə icazə olmadığını bildirdilər. Bir müddət sonra bu sorğu açıq formada ictimaiyyətə  çatdırılacaqmış. Bankın Facebook səhifəsində yerləşdiriləcəkmiş.  Məndə qərara hörmət olaraq heç bir şəkil filan çəkmədim. Hətta bunun nə olmağı barədə də yazmıram =) .

Sonra əməliyyat üçün mənim növbəm gəldi. Masaya yaxınlaşdım. Əməliyyat çox qısa zaman ərzində, minimum sualla aparıldı. “Əla” düyməsini sıxdım. “Çox sağ ol” deyib ödəmə üçün Kassada növbəmi gözləmək üçün əyləşdim.  Kassalardan biri mənim sıra nömrəmi göstərirdi. Yaxınlaşmaq istəyəndə gördümki bir “day-day” məndən qabaq yaxınlaşdı.  Hələ bir mənə də rus dilində “növbənizi gözləyin” dedi.  Mən isə sıra nömrəmi göstərəndə Azərbaycan dilində “əə mən ödəyirəm də” tərzində ifadə işlətdi. Mən isə sıra nömrəmi kassada oturana göstərdim. Başqa artıq-əskik heç nə demədim… “Day-day” növbədən kənar kassaya ödəməsini edib getdi. Sonra isə mən ödəməni etdim. Əməliyyat başa çatandan sonra “Çox pis” düyməsinis sıxdım. Əməliyyatçı qəribə üz ifadəsi ilə “Niyə?” deyə soruşdu. Mən də, “Növbə gözlədiyim halda məndən qabağa keçildiyini dedim. Növbəmi itirdim. Ona görə “Çox pis”.” Kassa əməliyyatçısı isə dedi ki, mən nə edə bilərdim axı, onu döyüb qovası deyildim ki? Mən sizə xidmət elədim. Mən cavab verdim ki, bu da axı mənim problemim deyil. Mən bayaqdan növbəmi gözləyirəm.  Öz növbəm çatanda isə istədiyim xidməti ala bilmirəm.  Mənim üçün hörmətsizlik “Çox pis”dir.

***

Bundan sonra gördüm ki, sən demə həmin quraşdırılmış cihazların bir xeyri varmış. Bir növ sivil etiraz formasıdır.

Bəlkə də əməliyyatçı düşünür ki, onun bir günahı yoxdur. O öz işini görüb. Öz dediyi kimi: döyüb qovası deyil ki? Amma heç mən də növbəmi əlimdən alanı döyüb qovası deyiləm ki? Əlimdən gələn sivil etiraz forması olaraq qiymətləndirmədə bildirdim. Bu birbaşa əməliyyatçının günahı olmaya bilər. Amma bu mənim də günahım deyildi. Bankın qaydalarına əməl etməyə çalışıram. Növbəmi gözləyirəm, növbəm gələndə yaxınlaşıram. Bank daxilində qayda-qanunu tənzimləmək artıq Bankın işidir. Ən azından əməliyyatçı ona yaxınlaşanlardan sıra nömrəsini tələb edib, ona uyğun əməliyyat apara bilər.

Ümid edirəm Xidmət səviyyəsinin daha da yaxşılaşması üçün, bu kimi detallara da əhəmiyyət verilər. O zaman daha da çox inkişaf olar.

***

QEYD: Mövzu ilə bağlı bu gün (28 iyul) Banks Respublikadan əlaqə saxladılar. Məsələ ilə bağlı tədbir görüləcəyini dedilər:

Rastlaşdığınız bu xoşagəlməz halın araşdırılması üçün Müştərilərlə əlaqələrin idarə edilməsi departamentinə artıq məlumat verilib.

Comments for this entry

Orxan
July 27, 2011 at 6:05 pm

Hər bir xırdalıq nəzərə alınmalıdı, McDonald’s-da kassada işləyənlər təlimata uyğun gülərüzdü, amma mühafizəçilər (McDonald’s-ın dili ilə desək “dayaq”lar) it sifətində. İlk baxışdan mühafizəçiləri günahlandırırıq, amma balıq başdan iylənir, onların iş prinsipi düzgün qurulmayıb. İş günü ərzində cəmi 10 dəqiqə otura bilərlər, hətta hərbidə, postda iki saatdan artıq ayaq üstə qalmağa məcbur etmirlər.

Shaig M
July 27, 2011 at 6:20 pm

@Orxan
Bizim sosial məsuliyyətimiz mənfi gördüyümüz hallara sivil etiraz reaksiyası verməkdir :). Onu da edirik ). Daxili işlər elə qurulmalıdır ki, xaricə təsiri olmasın.

faxri
July 27, 2011 at 9:05 pm

:))) Yaginki birazdan o cihazdaki pis, yada chox pis duymesine basanda ekranda “Choxsagol” yox “Ishveren” yazacaq.

Mursal
July 28, 2011 at 12:54 am

Cox yaxshi sistemdir bu sistemi dovlet orqanlarinda tetbiq etseydiler ela olardi butun melumatlar bir sistemde cemlesherdi ve xususi nezaret komitesi bu ishe baxardi onda day mecbur olub yaxshi xidmet gostererdiler. Duzdur belke de bu utopiyadir amma rellasha biler.Eger isteseler…

Yashar
July 28, 2011 at 1:18 am

Bank Respublikanın müştərisi olmasam da amma bir neçə dəfə ora yolum düşüb. Yadımdadır bir dəfə pul göndərilmişdi. Onu almaq üçün təxminən 1 saata yaxın gözləməli olmuşduq. Səbəb isə 15-20 nəfərə 2 nəfərin xidmət etməsi idi. Pul aldıqdan sonra isə xidmətlərini qiymətləndirəndə “Pis” düyməsini basmışdıq.

Anar Guliyev
July 28, 2011 at 11:11 am

Shaiq men Gencede olanda orda muhafizecilernen tanisligim olmushdu ve bir necesi 1-2 aydan sonra banklara cixmaga bashladilar. Bele bir meqam varki Bankda onlar o qederde sevilen insanlar deyil nede olsa oxumamish insanlardi, ve bele novbesiz qabaga kecmeleride onlar nizamlamalidirlar ve ish rejimine baxsan onlari heqiqeten insan yerine qoymurlar o abu havada olan insan nece xidmet gostere biler maraqlidi.

Shaig M
July 28, 2011 at 10:18 pm

@Mursal
İdeallıq axtarışı :)

@Yashar
Bu hansı filialda olmuşduki? Çətin paytaxtda elə ola.

@Anar
Eyni mövzuya Orxan da toxundu :). Ancaq belə hallar daxildə özlərinin həll etməsi yaxşıdır. Biz müştəri olaraq keyfiyyətli xidmət gözləyirik =).

Rashid
April 11, 2012 at 1:38 am

Kaş bütün banklar bunu tətbiq edə! Bilirsən nə qədər Çox pis düyməsi basan olacaq bir il. Sonra-sonra bəlkə düzələrlər…

Leave your comment

Please be polite. You can use these HTML tags: STRONG, A, BLOCKQUOTE, CODE