December 31, 11

Yekun: 2011

Niyəsə təkrəqəmli illər mənə bütün il boyu yeni kimi gəlir. Məsələn 2011 artıq bitir, ancaq bu rəqəmə hələ alışmamışam. Elə gəlir ki, hələ də 2011 təzədir. Cüt rəqəmlilərə isə tez alışıram. Bir də mənə, yeni il ərəfəsindən ta Aprel ayına qədər daimi bayram ərəfəsi kimi gəlir. Ona görə sanki,   3-4 ay vaxt çox tez keçir. Hər nə qədər rəqəmə alışmasam da, 2011 bitdi.

Bu il planda olanlardan çatdırmadıqlarımız çox oldu. Ancaq planda olmayanlardan da gördüyümüz işlər oldu.

Bu arada illik hesabat kimi post yazmaq ənənəsini Rəşaddan nümunə götürürəm :). Hərçənd onun qədər ətraflı yazası olmadım.  Qısa-qısa 2011-ci ilin xülasəsini yazım:

Planşdırdığımız bir Qogal proyekti var idi. Bu il müəyyən səbəblərdən onun “başını buraxdıq”.  Sayt yarımçıq hazırlanma mərhələsində qaldı. Bilmirəm aqibəti necə olacaq. Amma domaini filanı göz bəbəyi kimi qoruyub saxlayırıq :).

Aprel ayında isə çox kiçik bir Sosial Media alətini sayt kimi hazır elədik – www.allinks.in .

Xazar-ı isə bağladıq.  2004-cü ildən açdığımız ilk “dot com” proyektimizi müvəqqəti şəkildə istifadədən çəkdik.

Bir start-up-ın da başlanğıc mərhələsində iştirak etdim. Təəssüf ki, vaxt çatışmazlığına görə qısa müddət sonra proyektdən ayrılmalı oldum.

Weboxu isə öz varlığını daha da güclənərək davam etdirir.  Bu il böyük şirkətlərin blogingə fikir verməyə başlaması ilə yadda qaldı. Texniki məhsulların təqdimatları, blogla birəbir işləmə istəkləri və s.  2011-ci ildə Azərbaycan bazarına qonşulardan da maraq yarandı. Webrazzi üçün də yazdım.  Ümid edirəm gələn il blog sahəsində bu peşəkar inkişaf ənənəsi daha da müsbətə davam edəcək.

 

Digitalbrand-də isə çox məhsuldar və bir o qədər də məşğulluğu çox il oldu.  Yenə interaktiv reklam kampaniyaları, qeyri-standart bannerlər və müxtəlif sosial media applicationları ilə məşğul olduq.  İşlər barədə ayrı-ayrılıqda link nümunələri gətirsəm postu bir xeyli uzadası olaram.

 

Bu il tədbirlər cəhətdən də çox məhsuldar oldu. Yadda qalanlardan bəzilərini sadalasam:

TEDxBaki-nın 2011-ci ildə keçirtdiyi hər bir tədbirdə iştirak etdim. Bunlardan ən çox səs-küy yaradan və yadda qalan isə TEDxBaki Gənclink oldu.  Əlbəttə Bloqosfer 2011 tədbirini də unutmayım.  İlin sonunda isə Milli Net 2011 internet saytlarının müsabiqəsini keçirtdik.

Bu il mənim üçün iştirak etdiklərim arasında ən yadda qalan tədbirlər isə Webrazzi Summit 2011Facebook F8 İstanbul tədbirləri oldu. Burada iştirakdan sonra məşğul olduğumuz sahəsinin necə zövqlü olduğunu daha rahat görmək imkanı olur. Peşəkar yanaşma və dünya təcrübəsini görmək çox xoş idi.  Sadiqin bu səfərlər barədə ətraflı yazısı nə demək istədiyimi daha aydın göstərər.  Gələn il daha çox bu tip tədbirlərdə inkişaf etmək istəyi ilə 2012-ci ili qarşılayıram.

 

Gələn ilin hesabatını daha uzun yazmağa çalışaram. Ümid edirəm ki, məlumatını çatdırmaq üçün daha çox material olar.

Comments for this entry

Amidos
December 31, 2011 at 8:23 pm

Ichimden bir hiss deyir ki 2012 daha gozel kechecek :)

Shaig M
December 31, 2011 at 9:32 pm

inşa Allah ). daha çox uğuru bölüşək ).

Zaur Bayramov
February 4, 2012 at 12:32 am

Nədənsə səndən səs-küy yaradacaq, əjdaha bir proyekt gözləyirəm. İnşallah alınar.

Leave your comment

Please be polite. You can use these HTML tags: STRONG, A, BLOCKQUOTE, CODE