January 1, 13

2012-ci ilin şəxsi icmalı

Ötən ildən başladığım illik icmalın 2012-ci il üçün yazısı.

2012-ci il mənim üçün çox yadda qalan il oldu və olacaq da. Belə baxanda il tez gəldi-keçdi, ötən ildən bəri heç şəxsi blogumda bir post da yazmamışam. Ancaq geriyə dönüb baxanda, fikirləşəndə bu il bir çox şey oldu. Yaxşılı, pisli 2012-ci ilin tarixinə yazılacaq xeyli məqam oldu.
2012-ci il həm başlayan, həm də sona çatan bir çox maraqlı xüsusiyyətləri ilə yadımda qalacaq. Bu icmalda təbii ki, bütün ili detallı yazmayacam. Bəzi məqamları tarix üçün qeyd edim. 

Bu ildə bir çox tədbirlərin iştirakçısı oldum. Foursquare-i köməyə çağırıb tədbirləri qeyd edim.

Aif eventləri: BDU-da “Yeni Media” labaratoriyası  #1 /Yeni Medianın tədrisinin təkmilləşdirilməsi: #2, / #3 / Milli Net 2012 #4

Mobil Biznes konfransı: #1

Mobil Biznes konfrans

TEDxBaki #1

TEDxBaki

Hackathon Azerbaijan #1

Hackathon Azerbaijan

Webrazzi 2012 #1

#webrazzi12

Mobile Monday#1 #2 #3 #4 #5 #6 #7 #8 / Google Big  Tent #1 / Bakutel #1

Bunlardan başqa 2012-ci ildə müxtəlif texnoloji təqdimatlar və s. ilə yadımda qaldı.

 

Bəzi “event”lərdən fotolar:

Mobile Business Opportunities in Azerbaijan Hackathon Azerbaijan  

   

 

Ölkə daxilindəki tədbirlər də maraqlı oldu. Amma mənim üçün Webrazzi 2012  və İstanbul səfəri daha unudulmaz oldu. Webrazzi barədə bir radio proqramında danışmışdıq. Düzdür gedib əcnəbi internet bazarlarının necə inkişaf elədiyini görüb gələndə bir qədər məyusluq olur. Məncə onu görə bilmək də yaxşıdır. İstanbulda gəzməyə bir qədər az vaxtdı qaldı. Amma bu səfər heç vaxt yaddan çıxmayacaqlar arasında öz yerini alır. Ümid edirəm 2013-də daha çox səfərlərim olacaq.

 

KinoTap.comBu il Labrin olaraq yeni bir proyektə başladıq. Belə demək olarsa bu il nəhayət tənbəlliyin daşını atdıq.  Bu il daha əvvəl getmədiyim qədər kinoteatrda kinoya baxmağa getdim. Bir müddət sonra kino seçimində, kinoteatrları qarşılaşdırmaqda belə bir resursun yoxluğunu hiss etdik. Nəticəsində isə, müzakirələrdən sonra KinoTap.com-ı hazırlamaq qərarı alındı.  4 aylıq hazırlıqdan sonra 6 noyabrda saytı beta versiyada istifadəyə verdik.

2 aya yaxındır istifadədə olan saytın gedişatından da maşallah razıyıq deyə bilərəm.  Son həftələrdə artıq gündə təqribi 1000 nəfər ətrafında (bəzən ~1500, bəzən ~800) unique istifadəçi daxil olur. Hətta son vaxtlarda Azərbaycanda göstərilən Türk filmi “Evim Sensin”in rəsmi Twitter hesabı da Azərbaycan seansları üçün kinotap.com-u paylaşmışdı. Filmin baş rol oyunçusu RT etmişdi.  Uzun müddətdir ki, yeni proyektə başlamırdıq. Ona görə də, bir saytın istifadəçisini artırmaq missiyamız olmamışdı. Bu yeni proyekt həm daha əvvəl etmədiklərimizi, həm bu səssiz dövrdə öyrəndiyimiz təcrübələri sınaqdan keçiririk. Yəqin ki, texniki məqamlar barədə bir neçə həftə və ya ay sonra weboxu-da yazacam. Hələki saytın mobile imkanları üzərində işləyirik.

Labrinin digər proyektlərində isə 2012-ci ildə böyük yenilik olmadı. Ancaq planlar var və 2013-cü ildə reallaşdırmağı düşünürük. Hətta buna daha ciddi fikir verməyi düşünürük inşa Allah.

 

2012-ci ilin şəxsi tərəfi də çox yadda qalan keçdi.

2011-ci ildə tədbirlərin birində çəkilmiş şəkillərdən sonra gördüm ki, vəziyyət eyni ilə bu şəkildəki kimi irəliləyir. Mən də bu vəziyyətlə qısa yox, uzun müddətli mübarizə üsulunu seçmişdim. Bu il hədəflədəyim də gerçəkləşdi. 18-19 kg artıq hesab etdiyim çəkini bu il ərzində verib xilas oldum.

Əvvəl

 

Sonra

  

 

İlin axırında bir qədər səhhətlə bağlı problem yaşadım. O macəra barədə ətraflı yazacam. Ancaq ona görə bir qədər il sonunda Weboxu-da fəallıq azalası oldu. Eyni zamanda hər il ənənəvi keçirtdiyimiz sorğu üçün də hazırlaşa bilmədik. 2013-cü ildə ümid edirəm sağlamlıq olar və davam edərik. İlin seçimlərini də yəqin ilk rüb ərzində fərqli bir formatda edəsi olacağıq.

2013-də də son qoyacağım və yeni başlayacağım məqamlar olacaq. Bunları əsasən Sosial şəbəkələrdəki hesablarımdan, xüsusilə də Twitter hesabımdan – @shaig_m paylaşacam.

Hər kəsin Yeni ili və Həmrəylik günü mübarək olsun.

Hər birimizə yeni ildə, yeni uğurlar!

Comments for this entry

Turan Qarayeva
April 15, 2015 at 1:14 pm

So only I’ve been missed :D damn :D

Leave your comment

Please be polite. You can use these HTML tags: STRONG, A, BLOCKQUOTE, CODE