December 22, 13

[email protected] işimdən ayrılıram – < /digitalbrand>

digitalbrand

2010-cu ilin fevralından etibarən Azərbaycanın ilk interactive marketing agency-lərindən olan [email protected]-da çalışırdım. Bu 4 il ərzində bir çox insanla birgə çalışmaq şansı əldə etdim, birgə müxtəlif proyektlər üzərində çalışdıq və hər birindən bir şeylər öyrəndim.  Bu illər ərzindəki “yol” yoldaşlığına görə də hər birinə təşəkkür edirəm :) . Artıq [email protected] işimdən ayrılıram.

İşdən başqa bir şirkətdə çalışmaq məqsədi ilə ayrılmıram. Qısaca desəm, öz proyektlərim(iz) üzərində daha çox işləmək, daha çox vaxt ayırmaq məqsədi ilə işdən ayrılıram. Bu qərarı tək mən verməmişəm. Komandamızın digər üzvləri – RəşidSadig-lə birlikdə belə qərara gəlmişik. ( Amid isə hələ də part-time )

2013-cü ildə əvvəlki illərə nisbətən bir qədər öz proyektlərimizə daha çox diqqət ayırdım. Bu da müsbət nəticələrini verməyə başladı.  Sırf vaxt azlığı ucbatından, yerinə yetirə bilmədiyimiz, birgə işə başlayıb sonradan yarımçıq qalan proyektlər də oldu. Bu qərara səbəb, belə halların daha təkrarlanmasını istəməməyim oldu.  Fikirləşdim ki, işlərimizin daha çox faydasını görmək üçün bu diqqəti daha da artırmaq lazımdır. 

Labrin.net

Bundan sonra əsas olaraq Socset.com (sosial mediadakı link-lərin və hashtag-lərin monitorinq sistemi) , KinoTap.com (Kino afişalar resursu) və Weboxu.com* (!) (texnologiya yenilikləri barədə informasiya resursu) üzərində çalışacağam. Hər bir resursda yeniliklər olacaq.

Yeniliklərdən məlumatlı olmaq üçün Facebook (https://fb.com/labrin.net ) və Twitter-də (@labr_in) komandamıza məxsus hesabları izləyə bilərsiniz. Yaxın zamanlarda yeni ofisin əlaqə məlumatlarını da resursların uyğun əlaqə bölmələrində paylaşarıq.

 

Comments for this entry

Ayten
December 25, 2013 at 1:27 pm

Uğurlar, Şaiq!
Digitalbranda öyrtədiklərinə və dəstəyinə görə təşəkkürlər :)

Shaig M
December 25, 2013 at 1:33 pm

Çox sağ ol Aytən =). Sənə də uğurlar ).

aflatunus
December 25, 2013 at 8:46 pm

Uğurlar!

Shaig M
December 25, 2013 at 8:54 pm

Sağ ol Aflatun abi. in şa Allah başqa projelərdə yenidən birlikdə işləyərik :)

Rashad Aliyev
December 25, 2013 at 11:30 pm

Yeni iş həyatında müvəffəqiyyətlər arzu edirəm!

Shaig M
December 25, 2013 at 11:35 pm

Təşəkkürlər Rashad . Çox sağ ol =).

Rəşid Əliyev
December 26, 2013 at 12:09 am

Məndə Chevrolet-dən çıxdım. Görək yeni il nələr vəd edir…
İkimizədə uğurlar!

Shaig M
December 26, 2013 at 12:15 am

Uğurlar Rəşid

Leave your comment

Please be polite. You can use these HTML tags: STRONG, A, BLOCKQUOTE, CODE