January 1, 14

2013-ün ardından…

2014

Ənənəvi cari ilin icmalı yazısını bu ildə yazım.

2013-cü il  bir xeyli yenilik oldu.  İl ərzində səfərlər, tədbirlər və müxtəlif işlərlə müşayət olundu.  Bu ilin qısa icmalı:

 

Startup Turkey #1


İlin əvvəlində maraqlı bir səfər olmuşdu. Fevral ayında Startup Turkey-də iştirak yaddaqalan idi. Təcrübə baxımından çox yararlı oldu .  2014-cü ildəki tədbirlərində də iştirak etməyi istərdim.

 

 

Bakcell/Mobile Monday 

Ötən il fəaliyyətə başlayan Kinotap.com proyektimizin Android və iOS üçün mobil əlavələrini bu ilin əvvəli istifadəyə verdik. Həmin əlavələr ilə Bakcellin Mobile Monday çərçivəsində keçirdiyi bir yarışmada iştirak etdik.  Tətbiq 2013-cü ilin ən yaxşı tətbiqi seçildi.

 

Socset.com

SocsetBu il köhnə ideyalarımızdan birinin təkmilləşdirilməsi və yenidən işlənməsi ilə məşğul olduq. Proyektimiz Socset.com – sosial mediada URL və hashtag-lərin monitorinqi sistemidir.

Azercell-in Barama İnnovasiyalar mərkəzi ilə CRDF Global-ın təşkil etdiyi bir yarışmada iştirak etdik.  Bu uzun müddət davam edən bir yarış oldu. Müraciət Apreldə idi, final isə Dekabrda oldu.

İlk əvvəl iyun ayında top 6-lıq seçildi. Proyektlərin nümayəndələrini ABŞ-a göndərdilər. Müxtəlif online seminarlar və s. keçirildi. Nəhayət Dekabr ayında final eventi oldu.  Bu yarışmada ən yaxşı proyekt – 1-ci yer bizim Socset proyekti seçildi.

 

 

WebSummit 2013 / Dublin

Bu il Avropadakı ən möhtəşəm internet konfranslarından biri olan WebSummit tədbirində də iştirak etdim #1. Həm də əliboş yox, Socset proyekti ilə. Azərbaycandan ilk olaraq bu il proyekt iştirak edirdi. Bu ilk də Socset oldu. Proyektimiz “FEATURED EARLY STAGE STARTUPS” proqramı ilə iştirak etdi.

1 həftəyə yaxın vaxtı Dublində keçirdik.  Səfər həddindən çox yadda qalan oldu :) .

Elə Dublində olarkən, tədbirin son gününün axşamı Socset.com-un ilkin versiyasını istifadəyə verdik. Hal-hazırda hələ də developing işləri davam edir.

 

Bakutel 2013

Bu il Bakuteldə həmişəkindən fərqli olaraq iştirak etdim. ITECA Caspian və RİTN tərəfindən Startup-lara yaradılmış şərait çərçivəsində sərgidə bizim də stendimiz oldu.

Labrin

Düzü faydası olacağına inanmazdım. Amma gözlədiyimdən daha faydalı event oldu. Bu ilki təcrübə ilə gələcək dəfələrdə, əgər yenə iştirak etsək daha çox necə fayda əldə etmək olar o haqda da yaxşı fikirlər formalaşdı.

 

Startup Addventure

Bu il iştiraka haqq qazanıb amma iştirak edə bilmədiyimiz tədbir oldu.  Socset ilə müraciət etmişdik, top 5% startup arasına seçildik. Ancaq zaman baxımından elə vaxta düşmüşdü ki, həmin vaxt Bakıdakı tədbirlərlə eyni ərəfədə idi. Bakutel və Azercell/Barama müsabiqəsinin final ərəfəsi. Ona görə məcbur şəkildə iştirakdan imtina etdik. Xüsusi ilə də Ukraynada keçirilən belə maraqlı bir tədbirdə iştirak etməmək heç yaxşı olmadı :) . Artıq gələn dəfələrə.

 

 

Bu il uzun müddətdir işlədiyim [email protected]-dən də ayrıldım. Bu haqda bir neçə gün əvvəl blogda yazmışdım. Yeni ildən etibarən tam olaraq Labrin üçün işləyəcəm. Ümid edirəm nəzərdə tutduqlarımızı gerçəkləşdirə bilərik.

 

Yekun

Yuxarıda sadaladıqlarım 2013-cü ildə mənim üçün yadda qalan məqamlar idi. Foursquare-ə və Facebook-a baxanda 2013-cü ildə daha çox aktivlik olduğunu görürəm.

#BSC2012 , #BDMS, #eTohumaz, #StartupAz, #MeclisiMakaz, #Millinet2013, #MMF və s.  AİF çərçivəsində bir çox maraqlı eventlər və seminarlarda da iştirak etdim.

 

Bayramlarımız Mübarək!

Beləcə 2013-cü ili başa vurdum.  2014-cü ilin icmalında daha çox iş, daha çox səfər, daha çox event paylaşmaq ümidi ilə. Yeni İlimiz və Dünya Azərbaycanlılarının Həmrəylik günümüz mübarək! Təbriklər!

Leave your comment

Please be polite. You can use these HTML tags: STRONG, A, BLOCKQUOTE, CODE