
Tərcümə və Tərcüməçilik. Bu haqda fikrimi twitterdə yazmaq istədim. Ancaq 140 simvola sığışası olmadı.
Ən çox təhsil həyatında belə şəxsiyyətlər haqqında məlumat almışam. Abbasqulu Ağa Bakıxanov, Cəfər Cabbarlı, Abbas Səhhət, Quranı tərcümə edən Ziya Bünyadov və s., və i.a.
Elə fikirləşirəm ki, tərcümə adamın öz sahəsi ilə bağlı olanda, adam yeni biliklər də öyrənir.
Bəs mənim bu tərcümə məsələsi ilə nə əlaqəm? Fikirləşdim, görən nə vaxtsa hansısa softu, hansısa scripti tərcümə edən insan haqqında danışıb ona da rəhmət oxuyacaqlarmı? Vaxtilə tərcümə edilmiş əsərlərin elmi həyatda inkişafa böyük köməyi olmuşdu. İndiki texnoloji tərcümələr də, texnologiyanın inkişafına kömək edəcəkmi, tərcümə edənlərin adı gələcəkdə anılacaqmı?.. WordPressi tərcüməni edən filankəsə Allah rəhmət eləsin. Firefoxu, Operanı filan adam tərcümə elədi sağ olsun…