// Archive for the ‘TweetBlog’ Category

November 4, 11

Social Birthday

İnformasiyanı qəbul etmə yolları zamanla müxtəlifləşir. İlk əvvəllər əsas əlaqə vasitəsi şəhər telefonu idi. Sonralar əlaqə vasitələri şaxələndi. Artıq interneti belə öz daxilində şaxələndiririk. Mobil telefonların özləri belə internet ilə inteqrasiyalıdır və burada xüsusi bir ekosistem var. Yəni indi əlaqə vasitələri olduqca müxtəlifdir. 3-4 il əvvəlki “bu gün”lə müqayisə edəndə açıq şəkildə fərqini hiss edə bilərəm. SMS-lərin əksərinin yerini online alternativləri alıb və onların da özü online-da şaxələnib. Günün qısa xülasəsini şəkildə görmək olar:

May 25, 11

Son zəng


Bu gün may ayının 25-idir. İndiki şagirdlər üçün heç bir əhəmiyyətli gün olmasa da mənim üçün son zəng günüdür. Axırıncı dəfə 25 may son zəng kimi 2004-də keçirildi. Yəni ayın 25-ni son zəng kimi qeyd edən sonuncu buraxılış biz olduq.
Ona görə bu gün nəsə mənim yadımda həmişə son zəng günü kimi qalır. Necə ki, 1 sentyabr tədris ili başlayırdı. 11 il dalbadal ilin eyni günü, eyni hadisəni qeyd etmək, insanda istər-istəməz həmin günə qarşı xüsusi yanaşma yaradır.

May 13, 11

Skype vacancy (more than 140 characters)


Məncə indi internetdə Skype vakansiyası açılıb.
Microsoft Skype-ı aldı. Nəsə eyni sahədə öz məhsulu da olan bir şirkət digərini alanda, həmin sahədə yeni bir vakansiya açılmış kimi gəlir mənə. Ona görə də məncə indi internetdə skype çatışmır, yeni skype axtarılır.

P.S. 140 simvola sığışmayan fikirlərimi belə share edəcəm.

  • follow @shaig_m