// Archive for June, 2011

June 19, 11

Məclis-i Mak.az

Mak.az saytının keçirdiyi məclislərin şərti adı belədir.

İyunun 18-ində də uzun fasilədən sonra növbətisi keçirildi. Bundan əvvəlki 2009-cu ilin yayında keçirilmişdi (biz BarCamp Gəncəyə hazırlaşırdıq).

Müzakirə olunan mövzular haqqında verdiyim linkdən məlumat ala bilərsiniz.

Tədbirin bu dəfəki mövzuları arasında müzakirəyə qoşula biləcəyim bir  mövzu yox idi(digital) :).  Ona görə passiv formada oturub qulaq asdım.  Ümumi formada tədbir maraqlı oldu, müzakirələr faydalı idi.  Müzakirələrdən kənar fərdi şəkildə etdiyimiz söhbətlər də  ayrıca maraqlı idi.  Mak.az-ın belə tədbirlərə ara verməyəcəyini ümid edirəm.

Bir dənə sonda bir sorğu anketi verilmişdi.  Düzü heç inanmıram ki, mənim onu doldurmağımla faydalı məlumat vermiş oldum.  Çoxdandı əl ilə yazı yazmıram deyə, qısa vaxtda səliqəli yazmaq qabiliyyətim itib :).  Sonra da vaxt qısa idi bəzi şeylərə ətraflı, dəqiq cavab verə bilmədim. Həmin anketi online formada doldurma tələbi olsa idi daha səmərəli olardı, daha rahat doldurardım deyə düşünrəm. Məncə nəzərə almaq lazımdır.

Növbəti məclisdə qısa vaxt sonra görüşmək ümidi ilə.

June 15, 11

Bir dövrün sonu…

Həmişə texnologiyaya aid Weboxu-da yazıram. Yeni texnologiyalar,  araşdırmalar, təhlillər və s.

Bu dəfəki yazıda isə texnologiyadan daha çox, şəxsilik amili var.  Ona görə şəxsi bloga yazdım.   Yenilikdən daha çox köhnəlik var.  Həm də çox public vermək istəmədiyim bir informasiyadır :).  Amma verməsəm də olmaz.

[ Continue reading… ]

June 4, 11

Webrazzi yazım #2

Azerbaycan’da E-ticaret, Online Ödeme, Online Oyun ve Online Reklam Pazarı

[ Continue reading… ]

  • follow @shaig_m