// Archive for the ‘2012’ Tag

January 1, 13

2012-ci ilin şəxsi icmalı

Ötən ildən başladığım illik icmalın 2012-ci il üçün yazısı.

2012-ci il mənim üçün çox yadda qalan il oldu və olacaq da. Belə baxanda il tez gəldi-keçdi, ötən ildən bəri heç şəxsi blogumda bir post da yazmamışam. Ancaq geriyə dönüb baxanda, fikirləşəndə bu il bir çox şey oldu. Yaxşılı, pisli 2012-ci ilin tarixinə yazılacaq xeyli məqam oldu.
2012-ci il həm başlayan, həm də sona çatan bir çox maraqlı xüsusiyyətləri ilə yadımda qalacaq. Bu icmalda təbii ki, bütün ili detallı yazmayacam. Bəzi məqamları tarix üçün qeyd edim.  [ Continue reading… ]

December 31, 11

Yekun: 2011

Niyəsə təkrəqəmli illər mənə bütün il boyu yeni kimi gəlir. Məsələn 2011 artıq bitir, ancaq bu rəqəmə hələ alışmamışam. Elə gəlir ki, hələ də 2011 təzədir. Cüt rəqəmlilərə isə tez alışıram. Bir də mənə, yeni il ərəfəsindən ta Aprel ayına qədər daimi bayram ərəfəsi kimi gəlir. Ona görə sanki,   3-4 ay vaxt çox tez keçir. Hər nə qədər rəqəmə alışmasam da, 2011 bitdi.

Bu il planda olanlardan çatdırmadıqlarımız çox oldu. Ancaq planda olmayanlardan da gördüyümüz işlər oldu.

Bu arada illik hesabat kimi post yazmaq ənənəsini Rəşaddan nümunə götürürəm :). Hərçənd onun qədər ətraflı yazası olmadım.  Qısa-qısa 2011-ci ilin xülasəsini yazım: [ Continue reading… ]

  • follow @shaig_m