May 28, 11

Son 2 tədbir


Son günlərdə iki tədbirdə iştirak elədim.
Biri Netty 2011 idi. Sonuna yaxın gedib bir baş çəkək dedim. Nəsə yenilik görmədim. Eyni şeyləri də təkrar-təkrar yazmaq istəmirəm (nəticələri).
İkinci tədbiri Day.az təşkil eləmişdi. “İnternet Day” adlanırdı.
Bu da daha çox day.az-ın təbliğatı idi. Gedişata görə heç ürəyimcə olmadı.
Ona görə bunlar barədə Weboxu-nu “narahat eləmədim” :).

May 25, 11

Türkçe ilk blog postum Webrazzi-də


Türk dilində ilk böyük həcmli və qrammatik cəhətdən məsuliyyət hiss etdiyim yazını Türkiyənin texnologiya bloglarından olan Webrazzi-də yazdım. [ Continue reading… ]

May 25, 11

Son zəng


Bu gün may ayının 25-idir. İndiki şagirdlər üçün heç bir əhəmiyyətli gün olmasa da mənim üçün son zəng günüdür. Axırıncı dəfə 25 may son zəng kimi 2004-də keçirildi. Yəni ayın 25-ni son zəng kimi qeyd edən sonuncu buraxılış biz olduq.
Ona görə bu gün nəsə mənim yadımda həmişə son zəng günü kimi qalır. Necə ki, 1 sentyabr tədris ili başlayırdı. 11 il dalbadal ilin eyni günü, eyni hadisəni qeyd etmək, insanda istər-istəməz həmin günə qarşı xüsusi yanaşma yaradır.

May 19, 11

Clip art (Photo stock)


Clip-art-lardan reklamlarda istifadə haqda bir dəfə İlgar gen-bol yazmışdı. Bilmirəm dərs götürən oldu ya yox?!
Bundan istifadə pisdir demək deyil. Ancaq orginal deyil. Xüsusilə böyük işlər olanda belə fotolar yaramaz..
[ Continue reading… ]

May 18, 11